Ekoloq alim həssas insanların tozlu havada bayıra çıxmasını məsləhət görmür 2025-05-28 17:54:00 / MÜHÜM HADİSƏLƏR

AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Ekocoğrafiya şöbəsinin müdiri a.ü.f.d., dosent Ənvər Əliyev Bakı və Abşeron yarmadasında müşahidə olunan tozlu hava şəraiti barəsində APA TV-yə müsahibə verib.

Ə.Əliyev bildirib ki, yazın axırı, yayın əvvəlində Orta Asiya səhralarında güclü külək olan kimi Xəzər üzərindən xırda hissəciklər havaya qalxaraq külək vasitəsilə müxtəlif istiqamətlərə yayılır. Ona görə həssas insanların belə havada bayıra çıxmayaraq evdə qalmaları məsləhət görülür.