Coğrafiyaçı alim iqlim sahəsində aparılan polemikada iştirak edib 2025-05-14 15:49:00 / MÜHÜM HADİSƏLƏR

Baku TV-nin   “Aktual gündəm” verilişində qonaq olan AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun şöbə müdiri, coğrafiya elmləri doktoru Səid Səfərov iqlimlə əlaqədar fikirlərini bildirib.

Əlaqədar qurumların nümayəndələrinin də iştirak etdiyi verilişdə iqlim dəyişmələrinə  adaptasiya, öncədən verilən proqnozların dəqiqlik məsələləri, dövlətin milli su strategiyası istiqamətində görülən işlər, emissiyanın azaldılması, iqlim diplomatiyası, ekstremal hadisələrin idarə edilməsi, yağıntı sularından və  radarlardan istifadə imkanları, məlumatların əldə edilməsində yaranan maneələr, və s. kimi məsələlər barəsində maraqlı söhbətlər və fikir mübadiləsi aparılıb.