AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun şöbə müdiri, coğrafiya elmləri doktoru Səid Səfərov APA TV-nin “İmpuls” verilişinin qonağı olub.
İqlimşünas alim verilişdə dünyada iqlim dəyişikliyinin, təbii fəlakətlərin gizli səbəbləri haqqında danışıb, atmosferə atılan istixana qazlarının iqlimdə rolu, plastik tullantıların ziyanı, buzlaşma, Xəzərin səviyyəsinə qlobal istiləşmənin təsiri, Hacıqabul gölünün quruması, Çində qurulan nəhəng su anbarının Yerin fırlanma sürətinə təsiri və s. bu kimi məsələlərə aydınlıq gətirib.