AR Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya institutunun əməkdaşları - c.ü.f.d., aparıcı elmi işçi Samirə Abuşova, kiçik elmi işçi Nazim Gəraylı və baş laborant Şəms İmrani S.C. Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasında “Konstitusiya və Suverenlik İli” çərçivəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş V Şagird Elm Festivalında iştirak ediblər.
Hər il davamlı şəkildə qeyd olunan bu festivalın məqsədi məktəbin şagirdlərinin müxtəlif sahələrdə yaradıcı və elmi potensialını sərgiləmək və onları gələcək fəaliyyətlərində stimullaşdırmaqdır. İnstitut əməkdaşları şagirdlərin STEAM, IT və təbiət sahələrində təqdim etdikləri layihələri qiymətləndirərək onlara dəyərli tövsiyələr veriblər.
Sonda Gimnaziyanın direktoru Coğrafiya İnstitutunun əməkdaşlarını “Təşəkkürnamə” ilə təltif edib.