Cİ ilə İrkutsk Dövlət Universiteti arasında elmi əlaqələr yaradılır 2025-05-01 15:00:00 / MÜHÜM HADİSƏLƏR

AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunda qonaq olan Rusiyanın İrkutsk Dövlət Universitetinin professoru Olqa Lopatovskaya ilə Coğrafiya İnstitutunun baş direktor v.i.e., c.ü.f.d., dosent Zaur İmraninin görüşü baş tutub.

Tərəflər Coğrafiya İnstitutu ilə Universitetin Coğrafiya fakültəsi arasında elmi əlaqələrin möhkəmləndirilməsi, təcrübə mübadiləsinin aparılması və birgə konfransların təşkili məsələlərini müzakirə ediblər.

Görüşdə müəssisələr arasında elmi əməkdaşlıq haqqında Memorandum imzalanması haqqında  ilkin razılıq əldə olunub.