AMEA H.Ə.Əliyev ad. Coğrafiya İnstitutu Beynəlxalq Elmlər Akademiyası Assosiasiyasının Fundamental Coğrafi Problemlər üzrə Birləşmiş Elmi Şurası və REA Fundamental Coğrafi Problemlər üzrə Elmi Şuranın XVIII birgə sessiyasına hazırlaşır.
“Xəzər dənizi regionunun coğrafi problemləri və ərazinin dayanıqlı inkişafına nail olmanın yolları” mövzusunda keçiriləcək konfrans 15-20 sentyabr 2014-cü il tarixlərində AMEA-nın akademik H.Əliyev ad.Coğrafiya İnstitutunda baş tutacaq. Burada Rusiya (Moskva, Sankt-Peterburq, İrkutsk, Həştərxan və s), Belarusiya, Qazaxıstan, Gürcüstan və s. ölkələrdən 50-yə yaxın alim-mütəxəssis, eləcə də Azərbaycandan olan coğrafiyaçı alimlər, əlaqədar müəssisə və təşkilatlardan dəvət olunan nümayəndələr iştirak edəcəklər. (Ukraynalı həmkarlarımız məlum hadisələrlə əlaqədar tədbirdə iştirak edə bilməyəcəklərini bildirmişlər).
Sessiyada Xəzər dənizi regionunun fiziki, iqtisadi-sosialcoğrafi problemlərinin və eləcə də Avrasiya məkanında müxtəlif coğrafi (regional və yerli) ərazilərin dayanıqlı inkişafının kompleks şəkildə geniş müzakirəsi aparılacaqdır.
Sessiyanın iclasları AMEA-nın əsas binasının ikinci mərtəbəsində yerləşən akt zalında keçiriləcək.
Sessiyanın proqramı:
15 sentyabr – iştirakçıların qarşılanması;
16 sentyabr – elmi iclaslar, axşam – şam yeməyi;
17 sentyabr – elmi iclaslar; Bakı şəhəri üzrə ekskursiya;
18-19 sentyabr – ekskursiya (Xəzər dənizinin sahilyanı əraziləri və Böyük Qafqazın Şimal-Şərq yamacı)
20 sentyabr - iştirakçıların yola salınması.
Təşkilat komitəsinin üzvləri:
Həmsədrlər:
V.M.Kotlyakov – REA-nın akademiki, Birləşmiş Şuranın sədri,
L.Q.Rudenko – UMEA-nın akademiki, Birləşmiş Şuranın sədr müavini,
R.M.Məmmədov – AMEA-nın akademiki, AMEA H.Əliyev ad.Coğrafiya İnstitutunun direktoru.
Təşkilat komitəsinin üzvləri:
A.A.Tişkov, coğrafiya elmləri doktoru, professor,
E.K.Əlizadə, AMEA-nın müxbir üzvü, AMEA H.Əliyev ad.Coğrafiya İnstitutunun direktor müavini,
O.B.Qlezer, fəlsəfə doktoru, Birləşmiş Şuranın elmi katibi,
Z.Ə.Həmidova, coğrafiya üzrə fəlsəfə doktoru, AMEA H.Əliyev ad.Coğrafiya İnstitutunun elmi işçisi.