Cİ-də növbəti seminar-məşğələ keçirilib 2025-04-28 14:03:00 / MÜHÜM HADİSƏLƏR

AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun  Mülki Müdafiə tədbirlər planına uyğun olaraq “Mülki müdafiə qüvvələrinin fövqəladə hallar zamanı təhlükəsizlik qaydalarına riayət edilməsi” mövzusunda növbəti seminar-məşğələ keçirilib.

İnstitutun Mülki müdafiə qərargahının rəisi Namazəli Mustafayev tədbiri giriş sözü ilə açaraq iclas iştirakçılarını gündəlikdə duran məsələlərlə tanış edib. Sonra o dəm qazından və digər zəhərlənmələrdə, zəlzələ, yanğın və s. kimi təhlükəli hallarda davranış qaydaları, ilk tibbi yardımın göstərilməsi və s. haqqında məlumat verib. İştirakçılara əyani olaraq təhlükəli hadisələr zamanı davranış qaydaları barədə video çarx nümayiş etdirilib.

Elmi katib Səidə Zeynalova, Şöbə müdirləri Habil Haqverdiyev, Solmaz Rzayeva və başqaları mövzu ilə bağlı fikirlərini bölüşüblər.