Demoqraf alim Ümumrusiya konfransında çıxış edib 2025-04-28 13:40:00 / MÜHÜM HADİSƏLƏR

 AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun  Demoqrafiya və əhali coğrafiyası  şöbəsinin müdiri vəzifəsini icra edən c.ü.f.d. Etibar Bədəlov Rusiya Federasiyasının Voloqda şəhərində keçirilən “Rusiyanın Regionlarda aqlomerasiya prosesləri: müsbət təsirlərin aktivləşdirmə xüsusiyyətləri və problemləri” adlı Ümumrusiya elmi-praktik konfransında onlayn formatda iştirak edib.

Demoqraf alim plenar iclasda “Azərbaycanda aqlomerasiyaların inkişafında problemlər və perspektivlər” mövzusunda məruzə ilə çıxış edib.