AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun növbəti elmi seminarında Türkiyənin Ege Universitetinin müəllimi Dr. Çağdaş Dumanın “Siyasi şok doktrinası” mövzusunda məruzəsi dinlənilib.
Tədbirdə “Siyasi şok doktrinası”nın hibrid konsepsiyası çərçivəsində regional və qlobal siyasi arenaların formalaşmasında böhran və fövqəladə halların rolu müzakirə olunub. Nəzəri əsasları real dünya nümunələri ilə birləşərək iştirakçılara dərin perspektiv təqdim edən tədqiqatçı-yazar Dr. Çağdaş xüsusilə son illərdə yaşanan dərin böhranları cəmiyyətlərin istiqamətləndirilməsində bir vasitə kimi istifadə edərək müasir proseslər əsasında təhlil edib.
Beynəlxalq kontekstdə kritik əhəmiyyət kəsb edən bu konsepsiya qlobal siyasətə işıq salaraq bir daha akademik çərçivədə müzakirə olunub. Böyük marağa səbəb olan məruzə ətrafında cari hadisələrlə bağlı qarşılıqlı fikir mübadiləsi aparılıb, verilən suallar cavablandırılıb.
Sonda məruzəçi Bakıda və Coğrafiya İnstitutunda olmaqdan məmnun olduğunu dilə gətirib.