Cİ əməkdaşları AMEA-nın Elm Gününə həsr edilmiş tədbirində iştirak ediblər 2025-04-11 16:12:00 / MÜHÜM HADİSƏLƏR

Mərkəzi Elmi Kitabxanada Azərbaycan Milli Elmlər Akademiyasının Elm Gününə həsr edilmiş tədbiri keçirilib.

Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Azərbaycan Yazıçılar Birliyinin sədri Xalq yazıçısı Anar, AR Milli Məclisinin sədr müavini akademik Rafael Hüseynov, AR Milli Məclisinin Elm və təhsil komitəsinin sədri professor Anar İsgəndərov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid, Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini akademik Abel Məhərrəmov, Şota Rustaveli adına Gürcü Ədəbiyyatı İnstitutunun direktoru professor İrma Ratiani, Milli Məclisin deputatları, AMEA Rəyasət Heyətinin üzvləri, AMEA-nın və Elm və Təhsil Nazirliyinin elmi müəssisələrinin və Şota Rustaveli adına Gürcü Ədəbiyyatı İnstitutunun əməkdaşları, ali təhsil müəssisələrinin rektorları, Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Milli Kitabxanasının nümayəndələri, gənc alimlər və KİV təmsilçiləri iştirak ediblər.

ETN-nin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun  baş direktoru v.i.e. c.ü.f.d dosent Zaur İmrani və GAMŞ sədri Nazim Gəraylı tədbirdə iştirak ediblər.

 

Azərbaycan elminin nailiyyətləri və alimləri barədə çıxışlar edilib, sonra Anar haqqında hazırlanmış “Anarla üz-üzə” filmi nümayiş olunub.

Tədbirdə Yazıçı Anar tərəfindən imzalanmış kitab Nazim Gəraylıya təqdim olunub.

Tədbir çərçivəsində, o cümlədən akademik İsa Həbibbəyli tərəfindən əldə etdikləri elmi nailiyyətlərə və elmin populyarlaşdırılmasına verdikləri töhfələrə görə bir sıra alim, mütəxəssis və jurnalistlərə AMEA-nın Fəxri Fərmanı, AMEA-nın Fəxri diplomu, “İlin gənc alimi” diplomu və Təşəkkürnamələr təqdim edilib. Həmçinin Azərbaycan Ağsaqqallar Şurasının mükafatı təqdim olunub.

Sonda çıxış edən akademik İsa Həbibbəyli Elm Günü münasibətilə tədbir iştirakçılarını, alimlərimizi təbrik edib, elmi tədqiqatlarında uğurlar arzulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

science.gov.az