Coğrafiyaçı mütəxəssis "EU4 Dialoqe" layihəsinin konfransında iştirak edib 2025-04-04 14:35:00 / MÜHÜM HADİSƏLƏR

AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun İqlim və aqroiqlimşünaslıq şöbəsinin aparıcı elmi işçisi, c.ü.f.d. dosent Həsən Nəbiyev Moldovanın Kişinyov şəhərində keçirilən Avropa İttifaqının "EU4 Dialoqe" layihəsinin sonuncu konfransında iştirak edib.

Tədbirdə  Cənubi Qafqaz ölkələri və Moldovanın mütəxəssisləri ilə birgə ölkəmizin tanınmış iqlimşünasları, hidroloqları iqlim dəyişmələri, su və enerji problemləri, gələcəkdə bu istiqamətdə görüləcək işləri  müzakirə etmiş, fikir mübadiləsi  aparmışlar.