Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun nəzdində fəaliyyət göstərən BFD 3.17 qeydiyyat nömrəli Birdəfəlik Dissertasiya Şurasının Elmi seminarında Xəzər dənizinin monitorinqi şöbəsinin doktorantı Rəna Yusif qızı Əhmədovanın 2508.01 - Geoekologiya ixtisasında fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Xəzər dənizinin Azərbaycan akvatoriyasında neft ləkələrinini zaman və məkan paylaması” mövzusunda yazdığı dissertasiya işinin müzakirəsi keçirilib.
Rəna Əhmədova seminar üzvlərinin müsbət səsi nəticəsində yekdilliklə uğurla növbəti mərhələyə buraxılıb.