Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun nəzdində fəaliyyət göstərən BFD 3.14 Birdəfəlik dissertasiya şurasının iclasında Turanə Hüseynova 540301 - "İnsan coğrafiyası" ixtisasında coğrafiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün "Böyük Qafqaz vilayətində əhalinin yaşayış keyfiyyətinin demoqrafik inkişaf problemləri" mövzusunda yazdığı dissertasiya işini müdafiə edib.
Gizli səsvermə yolu ilə T.Hüseynovanın coğrafiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi alması üçün AR Prezidenti yanında AAK qarşısında vəsatət qaldırılması barədə qərar qəbul edilib.