AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Coğrafi fikir tarixi və toponomikası şöbəsinin əməkdaşları, müdir c.ü.f.d., dosent Habil Haqverdiyev və böyük elmi işçi Məhbubə Fətullayeva Türkiyənin MTA Global Academy-nın təşkilatçılığı ilə Hindistanın Bangalor şəhərində keçirilən 5-ci Beynəlxalq Sosial Elmlər, İnnovasiyalar və Təhsil Texnologiyaları Konqresində onlayn formatda iştirak ediblər.
Həmmüəlliflərin “The Role of Climatic and Geographical Factors in Assessing the Development of Tourism in Karabakh” (Qarabağda turizmin inkişafının qiymətləndirilməsində iqlimin və coğrafi faktorların rolu) adlı məqaləsi “ICSSIET CONGRESS” konfrans materiallarında dərc edilib.
Məqalədə Qarabağ bölgəsinin bərpası üçün turizm sektorunun iqtisadi dirçəlişi və yerli əhalinin sosial rifahının yaxşılaşdırılması üçün dövlət səviyyəsində iqlimin qiymətləndirilməsi strategiyasının uğurlarından bəhs edilir.