Nofəl Ərtünovun dissertasiya işi müzakirə olunub 2025-01-25 14:10:00 / ELMİ İCLASLAR

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun nəzdində fəaliyyət göstərən BFD 3.14 qeydiyyat nömrəli Birdəfəlik Dissertasiya Şurasının Elmi seminarında Azərbaycanın siyasi və iqtisadi coğrafiyası  şöbəsinin doktorantı Nofəl Bünyami oğlu Ərtünovun  5402.01- Tarixi coğrafiya, siyasi və rekreasiya coğrafiyası  ixtisasında fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün  “Şəki rayonunun ərazi planlaşdırılmasının turizm təsərrüfatının inkişafına təsiri” mövzusunda dissertasiya işi müzakirə olunub.

N.B.Ərtünov seminar üzvlərinin müsbət səsi nəticəsində yekdilliklə uğurla  növbəti mərhələyə buraxılıb.