2014-cü il, mayın 21-də Azərbaycan Turizm İnstitutunda AMEA akad. H.Ə.Əliyev adına Cografiya İnstitutu ilə Azərbaycan Turizm İnstitutu arasında qarşılıqlı əməkdaşlıq haqqında memorandum imzalandı.
Memoranduma əsasən ATİ-nin tələbələri – bakalavr, magistr və doktorantları turizmin coğrafiya elmi ilə əlaqədar olan sahələrində Coğrafiya İnstitutu ilə əməkdaşlıq edəcəklər. Respublikanın təbii şəraiti, xüsusən də təbiət abidələri haqqında Cİ-də uzun illər ərzində toplanmış materialların ATİ-nin tələbələrinə çatdırılması haqqında razılıq əldə edilmişdir. Bundan başqa, Cİ alimlərinin ATİ-nin tələbələri üçün Respublikamızın təbii şəraiti haqqında mühazirələr oxumaqları da nəzərdə tutulub.