Coğrafiyaçı alimlər beynəlxalq konfransda çıxış ediblər 2024-11-23 14:26:00 / MÜHÜM HADİSƏLƏR

Xəzər dənizinin hidrometeorologiyası şöbəsinin müdiri Səid Səfərov və şöbənin böyük elmi işçisi Elnur Səfərov COP29 çərçivəsində ADA universitetində təşkil olunmuş “Environmental Bridges to Peace and Prosperity” (Sülh və Rifah üçün Ekoloji Körpülər) adlı beynəlxalq konfransda  iştirak etmiş və müzakirə olunan məsələlər barəsində çıxışlar etmişlər.