2014-cü il, mayin 22-də akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Veteranlar şurasının iclası keçirildi.
İlk əvvəl İnstitut Veteranlar Şurasının sabiq sədri Bayram Ələsgərovun xatirəsi hörmətlə yad edildi. Sonra təşkilati məsələlərə baxıldı. Veteranlar şurasının 5 nəfərdən ibarət üzvü seçildi. Seçilmiş üzvlər öz aralarında namizədliyi irəli sürülmüş və səsə qoyulmuş şəxslər arasından Əfqanıstan müharibəsinin iştirakçısı, kadrlar şöbəsinin müdiri Rəsul İsmayılovu İnstitut Əmək veteranları və müharibə iştirakçıları Şurasının sədri vəzifəsinə seçdilər.
Sonra Şuranın qarşıda duran vəzifələrı, görüləcək işlər barəsində müzakirələr aparıldı, təkliflər irəli sürüldü. Tədbirlər planının işlənib hazırlanması və müvafiq qərarların qəbul edilib təsdiqlənməsi üşün Şura üzvlərinin yaxın müddət ərzində yenidən toplanması tövsiyə olundu.