Coğrafiyaçılar Kür çayının mənsəbində monitorinq aparıblar 2024-10-24 14:25:00 / MÜHÜM HADİSƏLƏR

AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun  Xəzər dənizinin sahillərinin və dibinin geomorfologiyasi şöbəsinin müdiri professor Əmir Əliyev başda olmaqla aparıcı elmi işçi c.ü.f.d. Nazim Əhmədov və mütəxəssis  Ramin Atakişiyev Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi ilə əlaqədar Neftçala rayonunda çöl tədqiqat işləri aparıblar.

Tədqiqatçılar Xəzər dənizinin səviyyə tərəddüdləri ilə əlaqədar sahildə baş verən prosesləri öyrənib, son illərdə səviyyənin kəskin surətdə aşağı düşməsi ilə əlaqədar sahil zonasının geomorfoloji vəziyyətini tədqiq ediblər.

Kür çayının mənsəbində  ölçmə işləri və monitorinq aparan mütəxəssislər tərəfindən  bu ərazidə Xəzər dənizinin 20 il ərzində 500 metr geriyə çəkilməsi müşahidə edilib.