Coğrafiyaçı alim Xəzərin səviyyə tərəddüdləri barədə məruzə edib 2024-10-23 22:29:00 / MÜHÜM HADİSƏLƏR

Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Xəzər dənizinin hidrometeorolgiyası şöbəsinin müdiri c.e.d. Səid Səfərov “Su diplomatiyası: transsərhəd su ehtiyatlarından istifadənin ekoloji hüquqi əsasları” adlı tədbirdə iştirak edib.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Su və Meliorasiya Elmi Tədqiqat İnstitutu və ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun birgə əməkdaşlığı ilə COP29-a həsr olunmuş tədbirdə alim “Xəzər dənizinin səviyyə tərəddüdləri və ona təsir edən amillər” mövzusunda məruzə edib.