Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun nəzdində fəaliyyət göstərən BFD 3.14 qeydiyyat nömrəli Birdəfəlik Dissertasiya Şurasının Elmi seminarında“Demoqrafiya və əhali coğrafiyası” şöbəsinin doktorantı Bağırova Mina İsa qızının 5403.01 - İnsan coğrafiyası ixtisasında fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Lənkəran təbii vilayətində demoqrafik inkişafın tənzimlənməsinin iqtisadi-coğrafi aspektləri” mövzusunda dissertasiya işi müzakirə olunub.
M.İ.Bağırova seminar üzvlərinin müsbət səsi nəticəsində yekdilliklə uğurla növbəti mərhələyə buraxılıb.