AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun elmi işçiləri – şöbə müdiri dosent Mirnuh İsmayılov, aparıcı elmi işçi dosent Etibar Bədəlov, İnstitutun Həmkarlar Təşkilatının sədri Kamran Ramazanlı, kiçik elmi işçilər Turanə Hüseynova və Bəyimxanım Hüseynova İnstitutun ənənəsini davam etdirərək orta məktəb şagirdləri ilə görüş keçiriblər.
Bakı şəhəri, Nizami rayonunun 129№-li tam orta məktəbində təşkil olunan “Yaşıl dünya naminə həmrəylik ili” tədbirində M.İsmayılov “Qarabağın ekoloji problemləri”, E.Bədəlov “Qarabağın şəhərlərində yenidənqurma” mövzuları ilə şagirdlər qarşısında çıxış ediblər. K.Ramazanlı öz çıxışında vətənpərvərlik ruhunda tərbiyə alan Azərbaycan gənclərinin yenidənqurma işlərində, Qarabağın bərpasında fəal iştirakından söhbət açıb.
Məktəbdə qonaq olan elmi işçilər özləri ilə gətirdikləri kitabları məktəbin kitabxanasına hədiyyə ediblər.