Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun nəzdində fəaliyyət göstərən BFD 3.14 qeydiyyat nömrəli Birdəfəlik Dissertasiya Şurasının Elmi seminarında “Demoqrafiya və əhali coğrafiyası” şöbəsinin doktorantı Hüseynova Bəyimxanım Əlirza qızı 540301 - İnsan coğrafiyası ixtisasında fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Şəki-Zaqatala iqtisadi rayonunda etnodemoqrafik proseslərin tədqiqi” mövzusunda dissertasiya işi müzakirə olunub.
B.Ə.Hüseynova seminar üzvlərinin müsbət səsi nəticəsində yekdilliklə uğurla növbəti mərhələyə buraxılıb.