AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun şöbə müdiri, dosent Mirnuh İsmayılov Xalq qəzetində verdiyi müsahibəsində iqlim dəyişmələrinin ekosistemlərə təsiri haqqında danışıb.
Alim iqlim dəyişmələrinin ölkəmizin bütün sferalarına - iqtisadi inkişafa, insanların həyat fəaliyyətinə, demoqrafik proseslərə, dünyadakı siyasi vəziyyətə, milyon illər ərzində formalaşmış təbii ekosistemlərin strukturuna - meşə ekosistemlərinə, buzlaq sahələrinə, şirin su ekosistemlərinə ciddi şəkildə təsir etdiyini, onların strukturunda ciddi dəyişmələrə səbəb olduğunu bildirib.