Coğrafiya İnstitutu alimlərinin məqaləsi yüksək reytinqli jurnalda dərc edilib 2024-09-09 13:03:00 / MÜHÜM HADİSƏLƏR

AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Xəzər dənizinin hidromeorologiyası şöbəsinin müdiri c. e. d. Səid Səfərov, böyük elmi işçi c. ü. f. d. Elnur Səfərov və  Qazaxıstan Respublikasının Milli Müdafiə Universitetinin müəllimi, f.d. Emil Bayramovun həmmüəllifliyi ilə “Detection of upwelling events in the Caspian Sea using thermal satellite image processing“ adlı məqalə Web of Science bazasına daxil oıan International Journal of Engineering and Geosciences jurnalında çap olunub. (2024. 9(2), 247-255. https://doi.org/10.26833/ijeg.1394363)

Məqalə  “Modis-Aqua” peyk məlumatlarından istifadə etməklə, Xəzər dənizində baş verən apvellinq hadisələrinin (okean qalxması) tədqiqinə həsr olunub. May-sentyabr aylarında baş verən apvellinq hadisələrinin yayılma arealları müəyyənləşdirilib, temperatur qradientləri hesablanıb.