AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşları - ilk ərazi təşkilatının sədr müavini Məhbubə Fətullayeva, Həlimə Əhmədzadə, Məhsəti Cəfərova, Turanə Hüseynova və Vüsalə Rəsulzadə Milli Məclisə seçkilərdə müşahidəçi qismində iştirak ediblər.
Müşahidəçilər 16 saylı Yasamal ikinci seçki dairəsinin 23, 24, 30, 40 34 saylı seçki məntəqələrində seçki məntəqələrində yaradılan şəraiti, səsvermə prosesini, seçki prosesinin şəffaf və düzgün keçirilməsini diqqətlə izləyiblər.
Əməkdaşlarımız tərəfindən hazırlanan hesabatda, seçki prosesində ciddi pozuntu halları qeydə alınmadığı, bütün prosesin qanunvericiliyə uyğun şəkildə aparıldığı vurğulanıb.
Qeyd edək ki, əməkdaşlarımızın müşahidə fəaliyyəti müvafiq qaydalara və qanunvericiliyə tam uyğun şəkildə həyata keçirilib.