AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun ilk ərazi təşkilatının sədr müavini Məhbubə Fətullayeva Ulu Öndər Heydər Əliyevin Azərbyacanda ilk dəfə siyasi hakimiyyətə gəlməsinin 55-ci il dönümünə həsr olunmuş “14 iyul 1969-cu il: Uğurlu inkişaf yolunun başlanğıcı” adlı tədbirdə iştirak edib.
İştirakçılar tədbirin rəsmi hissəsindən öncə Fəxri Xiyabanda müasir müstəqil Azərbaycan Respublikasının memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsi dərin ehtiramla yad edib və məzarı önünə tər gül dəstələri düzüblər. Sonra Yasamal rayonunda yerləşən Şəhidlərin Xatirə Kompleksi ziyarət olunaraq şəhidlərimizin əziz xatirəsi ehtiramla yad olunub, Kompleks önünə gül dəstələri düzlüb.
Ulu Öndər Heydər Əliyevin Azərbyacanda ilk dəfə siyasi hakimiyyətə gəlməsinin 55-ci il dönümünə həsr olunmuş videoçarx nümayiş olunub.
Yasamal rayonun rəsmiləri çıxış edərək, ulu öndər haqqında öz fikirlərini söyləyiblər. Çıxışlardan sonra rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup partiya fəalına fəxri fərman, Partiya sıralarına yeni qoşulanlara üzvlük vəsiqələri təqdim edilib