AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutu Həmkarlar Təşkilatının iştirakı ilə İnstitut əməkdaşları üçün ölkəmizin cənub bölgəsinə iki günlük tur təşkil edilib.
Gəzinti iştirakçıları Lənkəran, Masallı, Yardımlı, Astara rayonlarında olaraq, ərazinin cəzbedici, gəzməli-görməli yerlərini, gəzib, cənub zonasının təbiəti, zəngin flora və faunası ilə tanış olublar.
Tur bələdçisinin təşkil etdiyi oyun və viktorinalar, xoş musiqi əməkdaşların əhval-ruhiyyəsini daha da artırıb, istirahət daha maraqlı, əyləncəli keçməsinə zəmin yaradıb.
Sonda tur iştirakçıları səfərin təşkilinə görə İnstitut rəhbərliyinə, Həmkarlar Təşkilatına minnətdarlıq ifadə ediblər.