AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Demoqrafiya və əhali coğrafiyası və Tibbi coğrafiya şöbələrinin birləşmiş elmi iclasında Mina Bağırovanın 5403.01 - İnsan coğrafiyası ixtisasında fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Lənkəran təbii vilayətində demoqrafik inkişafın tənzimlənməsinin iqtisadi-coğrafi aspektləri” mövzusunda yazdığı dissertasiya işinin müzakirəsi keçirilib.
M.Bağırovanın dissertasiya işi növbəti mərhələyə keçid alıb.