Wiki-qrupun ilk iclası 2014-04-07 17:32:00 / ELMİ İCLASLAR

AMEA Rəyasət Heyətinin “Wikipedia Ensiklopediyasında Azərbaycan  həqiqətlərinin, milli-mənəvi dəyərlərinin təsbit olunması, qorunması və inkişafında  alimlərin   vəzifələri haqqında“kı. Qərarına  əsasən, 2014-cü il, fevralın 6-da Coğrafiya İnstitutunda aşağıdakı tərkibdə yaradılmış wiki-qrupun  ilk iclası keçirildi:

1.İmrani Z.T. c.ü.f.d. – qrup rəhbəri

2.Həmidova Z.Ə. c.ü.f.d. – qrup rəhbərinin müavini

3.Kərimov R.N. c.ü.f.d. – üzv

4.Ələkbərova S.O. c.ü.f.d. – üzv

5.Əmənov R.R. – üzv

6.İmamverdiyev N.S. – üzv

7.Cəbrayılov E.A. – üzv

İclasda qərarın icrasına nəzarət edən institutun elmi işlər üzvə direktor müavini, coğrafiya elmləri doktoru Elbrus Əlizadə Wikipediada Azərbaycanın  milli-mənəvi dəyərlərinin qorunması ilə əlaqədar olaraq institut əməkdaşlarının rolu və bu sahədə görüləcək işlər barəsində məlumat verdi.

Qərara alındı ki, işə məsuliyyətlə yanaşaraq, Azərbaycana aid təbii coğrafi, siyasi coğrafi və iqtisadi coğrafi məzmunda hazırlanmış  məqalələr www.wikipedia.org saytana yerləşdirilsin.

Copyright © AR Elm və Təhsil Nazirliyi akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, 2024