Akademik Ramiz Məmmədovun əziz xatirəsi yad edilib 2024-06-07 18:26:00 / MÜHÜM HADİSƏLƏR

Görkəmli coğrafiyaçı alim, tanınmış xəzərşünas və okeanoloq,  AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun sabiq direktoru, Dövlət mükafatı laureatı, Şöhrət ordenli akademik Ramiz Məmmədovun ölümündən 3 il ötür.

Alimin xatirəsini yad etmək üçün baş direktor professor Zakir Eminov başda olmaqla Coğrafiya Institutunun kollektivi Fəxri Xiyabanda olub, mərhumun məzarını ziyarət edib. Alimin abidəsi önünə tər çiçəklər qoyulub, ruhuna dualar oxunub.

Ramiz Məmmədovun əziz xatirəsi Coğrafiya İnstitutunun Elmi Şurasında bir daha  hörmətlə yad edilib.