AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşları Fərrux Rəhimov, Elvin Əmrahov, Bəxtiyar Qəhrəmanov və Vüsal Rüstəmov 18-21 mart 2014-cü il tarixlərində Türkiyənin Niğde Universitetində təşkil edilən “I Beynəlxalq Türk Dünyası Araşdırmaları Simpoziumu”nda iştirak etmişlər.
Niğde Universiteti (Kaşğarlı Mahmud Uyğur-Çin Araşdırmaları Mərkəzi), Kazak Dövlət Qızlar Pedaqoji Universiteti və M. Akmulla Dövlət Pedaqoji Universitetlərinin birgə əməkdaşlığı ilə keçirilən simpoziumda Türk dövlətləri ilə yanaşı ABŞ, Almaniya, İtaliya, Çin, Yaponiya, Rusiya, İran, Albaniya, Monqolustan, Ukrayna, Əfqanıstan, Makedoniya, İordaniya, Kosovadan gələn tədqiqatçılar da iştirak etmişlər. Simpoziuma ümumilikdə 356 məqalə daxil olmuş və 403 nəfər məruzə ilə çıxş etmişdir. Ümumiyyətlə, 89 paralel sessiya keçirilmişdir. Simpoziumun gələn il üçün ev sahibi Qazaxıstan təyin edilmişdir. Ənənəvi olaraq hər il keçiriləcək sempozyumun bütün Türk dünyası ölkələrində təşkil edilməsi nəzərdə tutulmuşdur.