AMEA akademik. H. Əliyev adına Coğrafiya İnstitutunun aparıcı elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Rövşən Kərimov mayın 5-də Avropa Komissiyasının Horizon-2020 Tədqiqat və İnnovasiya Proqramına dair AMEA Beynəlxalq əlaqələr idarəsinin təşkil etdiyi maarifləndirici seminarda Coğrafiya İnstitutunu milli əlaqələndirici şəxs qismində təmsil etmişdir.
AMEA-nın Mərkəzi Kitabxanasında keçirilmiş bu tədbirdə R.Kərimov “Horizon-2020: Azərbaycan tədqiqatçıları üçün imkanlar” adlı təqdimatla çıxış etmiş, qeyd olunan proqram çərçivəsində elmi-tədqiqat layihələrinə dair elan edilmiş çağırışlara qoşularaq qrant alma imkanları, bununla əlaqədar gözlənilən qaydalar və şərtlər barədə məlumat vermişdir. Seminar Geologiya və Fizika İnstitutları, Bakı Dövlət, Azərbaycan Dövlət Pedaqoji, Azərbaycan İqtisad və Xəzər Universitetlərindən olan tədqiqatçı-alimlərin böyük marağına səbəb olmuşdur. Tədbirdə həmçinin Beynəlxalq əlaqələr idarəsinin rəisi Esmira Əlirzayeva, idarənin şöbə müdiri Bunyamin Seyidov, baş ekspert Firuzə Xəlilova, Genetik Ehtiyatlar İnstitutunun direktor müavini Mehrac Abbasov da çıxış etmiş və iştirakçıları maraqlandıran sualları cavablandlrmışlar.