Bakı Avrasiya Universitetinin təşkilatçılığı ilə "İşgal altında olmuş torpaqlarda törədilən ekoloji terror” mövzusunda keçirilən tədbirdə AR Elm və Təhsil Nazirliyi, akad. H.Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşları - Geomorfologiya və təbii risklər şöbəsinin böyük elmi işçisi, c.ü.f.d. Samirə Abuşova və kiçik elmi işçisi Nazim Gəraylı iştirak ediblər.
S.Abuşova “İqlim dəyişmələrinə müharibələrin təsiri” mövzusunda məruzəsində Qarabağda törədilən ekoloji terror, təbiətə dəymiş ziyan, ekoloji vəziyyətin gərginləşməsindən söz açıb, müasir iqlim dəyişiklikləri barəsində sualları cavablandırıb.
N.Gəraylı süni intellekt (SI) texnologiyalarından istifadə etməklə iqlim dəyişikliyinin qarşısını almaq və onunla mübarizə yollarından bəhs edib. Süni intellektin iqlim dəyişikliyi ilə mübarizədə güclü vasitə olduğunu qeyd edən elmi işçi iqlim dəyişikliyinin təsirlərini azaltmaq və bunun ətraf mühitin qorunmasındakı əhəmiyyətini diqqətə çatdırıb.