AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun “Qurunun hidrologiyası və su ehtiyatları“ şöbəsinin müdiri, professor Rza Mahmudov UNEC-in Rəqəmsal İqtisadiyyat fakültəsində “Regional iqlim dəyişmələri: qarşıda duran əsas vəzifələr ” mövzusunda keçirilən “Dəyirmi masa”da iştirak edib.
Çıxışında COP29, onun yaranma tarixi, ölkəmiz üçün əhəmiyyəti haqqında məlumat verən tədqiqatçı alim iqlim dəyişmələri, hidrometeorologiyanın müasir aktual problemləri, xüsusən də iqlim dəyişmələri zamanı ekoloji təhlükəsizliyin təmin edilməsi və ətraf mühitin ekoloji problemlərinin həlli istiqamətində, eyni zamanda Azərbaycan Respublikası ərazisində qlobal iqlim dəyişmələrinin yaratdığı ekstremal halların ətraf mühitə və sosial-iqtisadi şəraitə təsirindən söhbət açıb, tələbələrin suallarını cavablandırıb.