AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşları - “Azərbaycanın torpaq ehtiyatları coğrafiyası” şöbəsinin müdiri dosent İ.Ə.Quliyev və “Geomorfologiya və təbii risklər” şöbəsinin elmi işçisi G.Ə.İmanova ilə Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin Qarabağ Ekoloji tədqiqat komitəsinin əməkdaşları olan məktəbin coğrafiya müəllimləri Tünzalə Məmmədova və Aliyə Cəfərova arasında görüş keçirilib.
İnstitut əməkdaşları məktəbin Qarabağ layihəsinin əsasında müəllimlərə torpaq kəsiminin qoyulması haqqında məlumat verib, laboratoriya analizi üçün torpaq və su nümunələrinin götürülməsi qaydasını izah ediblər.