Coğrafiyaçıların iştirakı ilə ADİU-da COP 29 çərçivəsində tədbir keçirilib 2024-05-02 09:50:00 / TƏDBİRLƏR

COP 29 çərçivəsində Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU/UNEC)  AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşları ilə tələbələrin görüşü keçirilib.

“Tibbi coğrafiya” şöbəsinin müdiri c.ü.f.d. Solmaz Rzayeva “Azərbaycanda iqlim dəyişilmələri fonunda yaranan xəstəliklər və onların tibbi-coğrafi əsasları”, “Geomorfologiya və təbii risklər” şöbəsinin böyük elmi işçisi, c.ü.f.d. Samirə Abuşova isə “İşğal altında olmuş torpaqlarda törədilən terror” mövzusunda təqdimatla çıxış ediblər. Onlar məruzələrində ekoloji vəziyyətin gərginləşməsi, müasir iqlim dəyişiklikləri, atmosferin çirklənməsi ilə bağlı yaranmış vəziyyətin əhali arasında ürək-damar, ağciyər və tənəffüs yolları xəstəliklərinin vaxtından əvvəl ölümlə nəticələnməsi, eləcə də Qarabağ ekosisteminin məhv edilməsi, təbii mühitin məruz qaldığı faciələr və ekoloji problemlərin həlli yollarından bəhs ediblər, müəllim-tələbə kollektivinin suallarını cavablandırıblar.