AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun baş direktoru professor Zakir Eminov və Demoqrafiya və əhali coğrafiyası şöbəsinin böyük elmi işçisi, c.ü.f.d. Etibar Bədəlov 25-27 aprel tarixlərində onlayn formatda keçirilən “Şəhər və onun ətrafi: müasir çağırışlar və perspektivli inkişaf yollari” Beynəlxalq elmi konfransında iştirak edirlər.
Tədbirin təşkilatçıları M.V.Lomonosov adına Moskva Dövlət Universiteti, Belarus Dövlət Universiteti, Qazaxıstan Milli Texniki Tədqiqat Universiteti, Rusiya Memarlıq Və Inşaat Elmləri Akademiyasi və Rusiya Coğrafiya Cəmiyyətidir.
Zakir Eminov “Azərbaycanın iqtisadi rayonlarında və sosial-iqtisadi mərkəzlərində demoqrafik vəziyyətin dəyişməsi”, Etibar Bədəlov isə “Azərbaycan Respublikasının şəhər aqlomerasiyalarında demoqrafik proseslər” mövzularında məruzələrlə çıxış ediblər.