Hidroloq alim su böhranı ilə əlaqədar ARB kanalına müsahibə verib 2024-03-13 17:29:00 / MÜHÜM HADİSƏLƏR

AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Qurunun hidrologiyası və su ehtiyatları  şöbəsinin müdiri, professor Rza Mahmudov ARB kanalına qlobal su qıtlığı barədə müsahibə verib.

Baş verən qlobal iqlim dəyişmələri - istiləşmə və quraqlığın artması su qıtlığı ilə yaranan problemi daha da kəskinləşdirir. Hazırda dünya əhalisinin 40%-dən çoxu içməli su problemi ilə üzbəüzdür. Bütün dünyada olduğu kimi Azərbaycanda da yerüstü və yeraltı su ehtiyatlarının həcmi azalır. Kənd təsərrüfatında şirin sudan istifadə su qıtlığına zəmin yaradır.

Bu məsələlərə münasibət bildirən  hidroloq alimin sözlərinə görə səmərəsiz su istehlakı belə davam edərsə, Azərbaycan su təchizatında çox ciddi problemlərlə üzləşəcək. Əhalinin suya olan tələbatının yaxşılaşdırılması istiqamətində qabaqlayıcı tədbirlərin görülməsi, sənayedə istifadə edilən suların təkrar emalı, yaşıllaşdırma sahəsində suyadavamlı bitkilərdən istifadə, maşınların yuyulmasında texniki sudan istifadə və s. kimi zəruri  tədbirlərin həyata keçirilməsi vacibdir.