Cİ-də elektoral coğrafiya mövzusunda elmi seminar keçirilib 2024-01-29 10:57:00 / ELMİ İCLASLAR

AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunda Rusiya Xarici İşlər Nazirliyi Beynəlxalq Tədqiqatlar İnstitutunun Beynəlxalq Münasibətlərin Məkan Təhlili Mərkəzi (BTİ BMMTM) əməkdaşlarının iştirakı ilə Azərbaycanda 7 fevral növbədənkənar seçki ilə əlaqədar “Siyasi və elektoral coğrafiya (seçki coğrafiyası)” mövzusunda elmi seminar keçirilib.

Tədbirdə moskvalı qonaqlar, eləcə də Cİ əməkdaşları ilə yanaşı Bakı Dövlət Universitetinin professorları Çingiz İsmayılov və Aydın İbrahimov, BDU-nun müəllimi, c.ü.f.d. Emin Ələkbərli və  Cİ-nin dissertantı  Aslan Babaxanov da iştirak ediblər.

Baş direktor professor Zakir Eminov qonaqları salamlayaraq giriş nitqi ilə çıxış edib. Azərbaycanda keçiriləcək növbədənkənar seçkinin keçirilməsinin zəruriliyi  barəsində danışan İnstitut direktoru tədbirin 23 fevral 2023-cü il tarixində Coğrafiya Institutu ilə BTİ BMMTM arasında bağlanmış əməkdaşlıq memorandumuna əsasən baş tutduğunu diqqətə çatdırıb.

Qonaqların nümayəndə heyyətinin rəhbəri, BTİ BMMTM-nin direktoru İqor Yuryeviç Okunev çıxış edərək elmi seminara dəvətə görə Z.Eminova təşəkkürünü bildirib, Bakının gəzərkən aldıqları xoş təəssüratı iştirakçılarla bölüşüb. Müəssisə rəhbəri “Политическая и электоральная география: потенциал использования геоинформационного моделирования и пространственного статистического анализа” (Siyasi və seçki coğrafiyası: geoinformasiya modelləşdirməsi və məkan statistik təhlilindən istifadə potensialı) mövzusunda məruzə edib və özü ilə gətirdiyi müəllif kitablarını Coğrafiya İnstitutuna hədiyyə edib.

Sonra seminarın proqramına uyğun olaraq aşağıdakı mövzularda məruzələr dinlənilib:

“Восстановление территориальной целостности республики и его влияние на результаты выборов” (Respublikanın ərazi bütövlüyünün bərpası və onun seçkilərin nəticələrinə təsiri” (BDU-nun İqtisadi və sosial coğrafiya kafedrasının müdiri, professor Çingiz İsmayılov);

“Научно-методическая школа МГИМО по политической и электоральной географии” (BTİ BMMTM-nin siyasi və seçki coğrafiyası üzrə elmi-metodiki məktəbi. Müqayisəli siyasi elmlər kafedrasının müəllimi Marianna Şestakova);

“По вопросу об электоральной географии Турции” (Türkiyənin seçki coğrafiyası məsələsinə dair. BDU-nun Xarici ölkələrin iqtisadi-siyasi coğrafiyası və turizmi kafedrasının müdiri, professor Aydın İbrahimov);

“Международно-политическое влияние государств: пространственное моделирование системы международных отношений, многомерное шкалирование и пространственный кластерный анализ” (Dövlətlərin beynəlxalq siyasi təsiri: beynəlxalq münasibətlər sisteminin məkan modelləşdirilməsi, çoxölçülü miqyaslama və məkan klaster təhlili. Elmi Nəticələrin Təhlili və Təbliği Mərkəzinin direktoru Yevgeniya Zaxarova);

“Трансформации электорального поведения в российском приграничье: сравнительный пространственный анализ” (Rusiya sərhəd bölgəsində seçki davranışının transformasiyası: müqayisəli məkan təhlili. BTİ BMMTM-nin elmi işçisi Lidiya Jirnova);

“Пространственные базы данных ЦПАМО ИМИ по политической и электоральной географии в репозиториях МГИМО и Гарвардского университета: опыт создания и патентирования” (BTİ BMMTM və Harvard Universitetinin repozitoriyalarında siyasi və seçki coğrafiyası üzrə TsPAMO IMI-nin məkan məlumat bazaları: yaradılması və patentləşdirmə təcrübəsi. BTİ BMMTM-nin elmi işçisi Qerman Ostapenko);

“Автономные ГИС и языковые модели в электоральном анализе: инновационные методологии и перспективы” (Seçki təhlilində avtonom GIS və dil modelləri: innovativ metodologiyalar və perspektivlər. Coğrafiya İnstitutunun dissertantı Aslan Babaxanov).

 Uzun çəkən maraqlı seminar məruzələr ətrafında gedən fikir mübadiləsi ilə başa çatıb. Seminarda həmçinin Türkiyə-Azərbaycan-Rusiya coğrafiyaçılarının birgə iştirakı ilə distant formatda elmi seminar keçirilməsi təklifi qəbul edilib.

Sonda iştirakçılar kollektiv xatirə fotosu çəkdiriblər.