AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutu Elmi şurasının 2024-cü il üçün ilk iclası keçirilib.
Baş direktor professor Zakir Eminov cari ildə şuranın işinə uğurlar arzu edərək iclasda müzakirə olunacaq məsələləri iştirakçıların diqqətə çatdırıb.
Elmi katib dosent Zərnurə Həmidova Elmi şuranın tərkibində ediləcək dəyişiklik barədə məlumat verib. Dünyasını dəyişməsi ilə əlaqədar sabiq Rəfail Abdullayevin yerinə şöbə müdiri, c.ü.f.d. Solmaz Rzayevanın Elmi şuraya üzvlüyü təsdiq edilib.
Tədqiqatçı alim Yasin Kərimovun (Yasin Azərtürk) “Azərbaycanın tarixi ərazilərindəki yaşayış məntəqələri adlarının erməniləşdirilməsi” kitabının elm sahəsində Dövlət Mükafatına təqdim edilməsinə dəstək verilməsi qərara alınıb
İclasda iştirak edən AzərEnerji ASC-nin əməkdaşı Rüstəm Rəcəbov bu il Azərbaycanda keçiriləcək COP 29-a dair lokal təşəbbüslərin üzə çıxarılması məqsədilə iclas iştirakçıları ilə fikir mübadiləsi aparıb, coğrafiyaçı alimlərin bu sahədəki planları ilə tanış olub.
Elmi şuranın iclasında həmçinin "Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası ilə əlaqədar Coğrafiya İnstitutunun görəcəyi işlər müzakirə edilib, 2024-cü ilin iş planının ilkin müzakirəsi aparılıb, eləcə də bir sıra digər məsələlərə baxılıb, müvafiq qərarlar qəbul edilib.