Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin yeni direktor müavini təyin olunub 2024-01-17 15:03:00 / MÜHÜM HADİSƏLƏR
Elm və təhsil nazirinin müvafiq əmri ilə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, texnika elmləri doktoru, professor Əminağa Sadıqov Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini vəzifəsinə təyin olunub.
Qeyd edək ki, Əminağa Sadıqov bu təyinatadək Elm və Təhsil Nazirliyinin tabeliyində olan İdarəetmə Sistemləri İnstitutunun icraçı direktoru vəzifəsində çalışıb.
Yeni təyinat münasibətilə Əminağa müəllimi təbrik edirik və fəaliyyətində uğurlar arzulayırıq!