AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutu Demoqrafiya və əhali coğrafiyası şöbəsinin elmi işçiləri, coğrafiya üzrə fəlsəfə doktorları Etibar Bədəlov və Hicran Tahirova mayın 4-də Bakı Slavyan Universitetində keçirilən VIII beynəlxalq konfransda iştirak etmişlər.
“Azərbaycanşünaslığın aktual problemləri” adlı konfrans ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuşdur. Tədbirdə E.S.Bədəlov "Azərbaycanda demoqrafik proseslərin formalaşmasında qadın problemləri ", H.M.Tahirova isə "Azərbaycanda Qadınların məşğulluq sahələri" mövzularında məruzələrlə çıxış etmişlər.