AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Qurunun hidrologiyası və su ehtiyatları şöbəsinin müdiri, c.e.d., prof. Rza Mahmudov və şöbənin aparıcı elmi işçisi, c.ü.f.d., dos. Mövlud Teymurovun “Assessment of the water balance of the territory and rivers water resources using a new operational-interactive method” (“Ərazinin və çayların su ehtiyatlarının su balansının yeni operativ-interaktiv üsulla qiymətləndirilməsi”) məqaləsi ABŞ-ın məşhur Scopus və İmpakt faktor indeksli (ISSN 1932-2321) “Reliability: Theory & Applications” jurnalında nəşr edilib.
Məqalədə çay hövzələrinin su balansını və su ehtiyatlarını hesablamaq üçün yeni metod - Kompleks su balansı metodu (CWBM) təklif olunub. CWBM etibarlı elmi mənbələr (peyk təsvirləri, GİS texnologiyalar, modern elmi yanaşmalar, aparıcı hidroloji modellər) əsasında yaradılıb. Azərbaycanın 113 çay hövzəsi üzrə faktiki və CWBM metodu ilə hesablanmış axım kəmiyyətlərinin müqayisəsi göstərir ki, onlar arasında xəta 92 çay üçün 10%-ə, 21 çay üçün 10-15%-ə qədər olmuşdur.