Coğrafiya İnstitutunda doktorant və dissertantların attestasiyası keçirilib 2023-11-17 15:03:00 / MÜHÜM HADİSƏLƏR

AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunda doktorant və dissertantların növbəti attestasiyası keçirilib.

Attestasiyada elmlər doktoru təhsili üzrə 4 dissertant, fəlsəfə doktoru təhsili üzrə 14 doktorant və 1 dissertant iştirak edib. Attestasiya komissiyası tərəfindən aparılan tədbirdə hər bir doktorant və dissertant, eləcə də onların elmi rəhbərləri gördükləri işlər barədə Komissiyaya ətraflı məlumat veriblər.

Doktorant və dissertantların növbəti kursa keçirilməsi məqbul sayılıb və qərarın Elmi şurada təsdiq olunması məsləhət bilinib.