Azərbaycan Respublikası Milli Məclisinin Regional məsələlər komitəsində “Qərbi Azərbaycan toponimləri: tarixin təhrif olunmasından ədalətin bərpa edilməsinədək” mövzusunda keçirilən ictimai dinləmədə AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun baş direktoru, professor Zakir Eminov iştirak edib.
Çıxışında toponimlərimizin bərpası istiqamətində müəyyən addımların atıldığını diqqətə çatdıran İnstitut direktoru bildirib ki, ermənilər nə qədər Qərbi Azərbaycan ərazisindəki toponimləri dəyişdirib erməniləşdirsələr də, tarixi nə qədər saxtalaşdırmağa çalışsalar da, tarixi sənədlər və xəritələr Qərbi Azərbaycan yer adlarının türkmənşəli olmasını, bu ərazılərin qədim Azərbaycan torpağı olmasına şübhə yeri qoymur. Bəzi erməni ziyalıları ermənilərin indiki Ermənistan ərazisinə köçürülmüş xalq olduğunu və əvvəllər burada etnik azərbaycanlıların yaşadıqlarını təsdiq edirlər.
Alim həmçinin mövzu ilə əlaqədar irəli sürdüyü təklifləri iclas iştirakçılarının diqqətinə çatdırıb.