2014-cü il, yanvarın 29-da Coğrafiya İnstitutunun Elmi Şurasının növbəti elmi seminarı keçırıldi.
Seminar öz işinə ilk əvvəl Xəritəçilik və coğrafi informasiya şöbəsinin elmi işçısi Ofelya Mirzəzadənin 70 illiyi münasibətilə İnstitut HİK-inin sədri H.Haqverdiyevin təbriki ilə başladı.
Yubilyara gül dəstəsi təqdim olundu, ünvanına xoş sözlər söylənildi.
2013-cü ildə doktoranturaya qəbul edilmiş doktorantların coğrafiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya mövzuları və elmi rəhbərləri nəsdiq edildi. Bu il institutun qiyabi doktoranturasına 10, əyani doktoranturasına isə 6 nəfər qəbul edildi.
Qəbul edilən doktorantların demək olar ki, hamısı qəbul imtahanlarında 13 bal və daha çox toplamışdılar. Bunlardan ixtiaslar üzrə göstəricilər aşağıdakı kimidir:
“Geoekologiya” – 3 nəfər
“İqtisadi coğrafiya” – 3 nəfər
“Tarixi coğrafiya, siyasi və rekreasiya coğrafiyası” – 1 nəfər
“İnsan coğrafiyası” – 2 nəfər
“Fiziki coğrafiya və biocoğrafiya torpaq coğrafiyası, landşaftların geofizikası və geokimyası” – 4 nəfər
“Geomorfologiya” – 1 nəfər
“Meteorologiya” – 2 nəfər