Baş direktor, coğrafiya elmləri doktoru Zakir Eminovun sədrliyi ilə AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunda Elmi Şurasının doktorantura məsələlərinə həsr edilmiş iclası keçirilib.
Təhsil şöbəsinin müdiri Müseyib Yunusov yeni qəbul olunmuş doktorant və dissertantlar haqqında məlumatla çıxış edib. Onların elmi rəhbərlərinin və elmi işlərinin mövzusu müzakirə edildikdən sonra təsdiq edilib.
İclasda həmçinin şöbələrin hesabatlarının və qarşıdakı konfransa hazırlıq məsələsi də müzakirə olunub.