AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun şöbə müdiri, coğrafiya elmləri doktoru Səid Səfərov İctimai radioya müsahibə verib.
40 dəqiqəlik müsahibə zamanı alim iqlim dəyişiklikləri, bunun Xəzər dənizinə təsiri, Xəzərin səviyyə dəyişkənliyi, atmosfer yağıntıları, çaylarda sululuğun artması, sel hadisəsi, appelinq, el-nino və la-nino hadisələri, relyefə görə iqlim fərqi, iqlimin təsərrüfata təsiri, içməli su qıtlığı, yerin radiasiya balansı və s. haqqında dinləyicilərə geniş məlumat verib.
Müsahibənin tam mətnini buradan dinləyə bilərsiniz: https://igaz.az/az/videogallery/282.