Coğrafiya İnstitutunda 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibətilə yığıncaq keçirildi.
İnstitutun direktor əvəzi, AMEA-nın müxbir üzvü, professor Ramiz Məmmədov ölkəmizin ötən ildə qazandığı nailiyyətlərdən, institutun keçirdiyi əhəmiyyətli tədbirlərdən danışdı, yeni müasir avadanlıqlarla təchiz olunmuş GeoİS qrupunun təşkilini, Beynəlxalq Konfransın uğurla kecməsini xüsusi qeyd etdərək, onda əməyi olan hər bir kəsə təşəkkürünü bildirdi. Sonra institut əməkdaşlarını Dünya Azərbaycanlılarının Milli Həmrəylik Günü və Yeni İl münasibətilə ürəkdən təbrik edib, onlara can sağlığı, uğurlar arzu etdi.İnstitutun direktor müavini, coğrafiya elmləri doktoru Elbrus Əlizadə bütün deyilənlərə qoşularaq, gənclərimizdən xüsusən söz açdı, onlara böyük ümid bəslədiyini vurğuladı, il ərzində İnstitutda görülən işləri qənaətbəxş hesab etdi.
İnstitut Həmkarlar Komitəsinin sədri Habil Haqverdiyev öz növbəsində Təşkilat adından əməkdaşları bayramlar münasibətilə təbrik edərək, Azərbaycan Respublikasının 2013-cü ildə qazandığı uğurlardan, 31 dekabr gününün hər il həmrəylik günü kimi qeyd edilməsinin Azərbaycan xalqında həmrəylik hissinin daha da güclənməsindən, dünyada baş verən qlobal dəyişikliklərlə əlaqədar Azərbaycanda gedən innovasiyalardan və s. danışdı.